Kərkükdə Xızır peyğəmbər ziyarətgahında partlayış törədilib - şəhid olanlar var

Kərkükdə Xızır peyğəmbər ziyarətgahında partlayış törədilib - şəhid olanlar var

-- Partalyış nəticəsində bir ölü və bir nəfər yaralanıb

Kərkükdə Xızır-İlyas məqbərəsi və ya Xızır məqamı kimi tanınan ziyarətgahın qarşısında partlayış törədilib.
 
Maide.Az "İslaminSesi"-nə istinadən  xəbər verir ki, bu barədə İraq Daxili  İşlər Nazirliyinin mətbuat katibi Səd Məin məlumat verib.
 
Bildirilib ki bu gün səhər toyota korolla markalı bir maşın ziyarətgahın yanında partladılıb.
 
Partalyış nəticəsində bir ölü və bir yaralının olduğu bildirilir.
 
Terror aktının İŞİD terror təşkilatı rəfədindən törədildiyi ehtimal edilir.
 

Google+ WhatsApp ok.ru