Kərbəla Araşdırmalar Mərkəzi: İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya getdiyi yol üzərində bəzi tarixi abidələr tapılıb -FOTO

Kərbəla Araşdırmalar Mərkəzi: İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya getdiyi yol üzərində bəzi tarixi abidələr tapılıb -FOTO

-- hazırda araşdırmalar İmamın İraq sərhədləri daxilində...

İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən Kərbəla Araşdırmalar Mərkəzi elan edib ki, O həzrətin Məkkədən Kərbəlaya getdiyi yolun üzərində bəzi tarixi əsərlər tapılıb. 
 
Maide.Az "hawzahnews"-a istinadən xəbər verir ki, mərkəzin direktoru Əbdüləmir Qureyşi deyib ki, araşdırma komitəsi İmam Hüseynin (ə) bu yolda dayandığı yerləri araşdırır və bu sahədə yeni tarixi abidələr tapıb ki, O həzrətin Kərbəlaya getdiyi yolu daha dəqiq müəyyənləşdirir. “Bizim araşdırmalar səhrada aparılıb. Elmi texnologiyalar vasitəsilə aparılan araşdırma zamanı Nəcəfdən – Kərbəlaya gedən istiqamətdə Ər-Rahimə bölgəsini müəyyənləşdirmişik.”
 
O qeyd edib ki, bu layihə çərçivəsində əldə edəcəyimiz nailiyyətlər haqqında məlumatlar Kərbəla ensklopediyasında nəşr olunacaq. 
 
Ə.Qureyşi deyib ki, hazırda araşdırmalar İmamın (ə) İraq sərhədləri daxilində Məkkədən Kərbəlaya gedən yolda dayanıb istirahət etdiyi yerlərinmüəyyənləşdirməsi istiqamətində aparırılır. “Bu yerlərin bəzisi ilk dəfədir tapılır və indiyədək tarixi mənbələrdə adları keçməyib. Gələcəkdə tapılan yerlər İmam Hüseyn (ə) aşiqləri və zəvvarları üçün ziyarətgaha çevrilə bilər”
 
 
 
 

Google+ WhatsApp ok.ru