Kəşmir müsəlmanları su catışmamazlığından əziyyət çəkir

Kəşmir müsəlmanları su catışmamazlığından əziyyət çəkir

-- Ramazan ayında da davam edən su böhranına görə...

Bu qış uzun sürən quraqlığa görə Hindistanın işğalı altındakı Cammu və Kəşmirin paytaxti Srinagarda Ramazan ayı su böhranı ilə keçir.
 
Maide.Az "dunyabulteni"ə istinadən xəbər verir ki, Srinagarın əhalisi mübarək Ramazan ayında da davam edən su böhranına görə bir çox problemlə üz-üzədir. 
 
Srinagarla bərabər Rambagh, Natipora, Hyderpora, Ravalpora, KohnaKhan Dalgate, Vicharnag Novshera, Qamarvari ve Lal Bazardan gələn məlumata görə səhər və axşam saatlarında suyun verilməsində uzun fasilələr yaranır.
 
Rambagh sakini olan Akeel Ahmad " Saatlarla suyumuz gəlmir. Gecənin yarısında oyanaraq gündüz istifadə etməyə su yığırıq. Həyatım boyu belə bir su qıtlığına şahid olmadım" deyir.
 
Srinagarın yerləşdiyi bölgə su kütlələri və buzlaqlarla əhatə olunduğundan burada su qıtlığı görülməmiş bir şeydir.
 
Səlahiyyətlilər  2017-ci ilin sentyabr ayından başlayan quraqlığın qış aylarında da davam etdiyini və su böhranının əsas səbəbinin də bu olduğunu qeyd ediblər.

Google+ WhatsApp ok.ru