Kərbəlada 20 ölkənin iştirakı İŞİD-in dağıtdığı dini və tarixi abidələrə həsr olunmuş toplantı keçiriləcək

Kərbəlada 20 ölkənin iştirakı İŞİD-in dağıtdığı dini və tarixi abidələrə həsr olunmuş toplantı keçiriləcək

İmam Hüseynin (ə) ziyarətgahının təşəbbüsü ilə  "İraqın tarixi irsi" mövzusunda ilk beynəlxalq toplantı və sərgisi təşkil olunacaq. 
 
Maide.Az "İQNA"a istinadla xəbər verir ki, toplantıda dünyanın 20 ölkəsi, o cümlədn İngiltərə, İspaniya, İtaliya, Əlcəzayir, Tunis və Mərakeşdən nümayəndələr iştirak edəcək.
 
Bunu İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının ümumi əlaqələr şöbəsinin rəisi Əli Kazim Sultan  deyib.
 
Onun sözlərinə görə, toplantı və sərginin keçirilməsindən məqsəd  İraqın min illər tarixə malik olan dini və tarixi məkanlarını, abidələrini və irsini qorumaqdır.
 
Ə.Kazim Sultan İŞİD terror ünsürlərinin İraqın tarixi irsinin və Əhli-Beytə (ə) aid olan dini məkanların məhv edilməsi üçün çalışdığına toxunub və bildirib ki, toplantı və sərginin məqsədi dünya ictimaiyyətinə İŞİD terrorçularının hansı taxiri və qiymətli əsələri məhv etmək niyyətində olduğunu çatdırmaq və terroristlər tərəfindən hücuma məruz qalmış tarixi əsərləri nümayiş etdirməkdir.
 
Onun sözlərinə görə, Avropa Birliyi və BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) nümayəndələri və dünya muzeylərinin ən məsul şəxsləri də toplantıya dəvət olunub. 
 
Qeyd edək ki, İraqın ilk beynəlxalq tarixi və arxeoloji əsərlər sərgisi və toplantısı Noyabr ayının 23-də İmam Hüseynin (ə) müqəddəs ziyarətgahında təşkil olunacaq.
 
İki gün müddətində keçiriləcək toplantı və sərgiyə indiyədək 40 elmi məqalə göndərilib.
 

Google+ WhatsApp ok.ru