Kərbəlada  ‘əz-Zəhra (s)’ universiteti fəaliyyət göstərəcək

Kərbəlada ‘əz-Zəhra (s)’ universiteti fəaliyyət göstərəcək

Kərbəla şəhərində İmam Hüseynin (ə) hərəminin nəzdində qızlar üçün "əz-Zəhra (s)" universiteti fəaliyyət göstərəcək. 
 
Maide.Az “İQNA”a istinadla xəbər verir ki, bunu Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəminin idarəçilik heyətinin elmi və mədəni işlər üzrə rəis müavini Əfzəl Şami deyib. 
 
Onun sözlərinə görə, artıq universitetin yaradılması üçün İraqın Təhsil Nazirliyi lazimi icazəni verib. 
 
Ə.Şami qeyd edib ki, universitetin nəzdində müxtəlif institut və kolleclər o cümlədən yeni tibbi texnologiyalar, tərbiyəvi elmlər və əczaçılıq institutları fəaliyyət göstərəcək. 
 
“əz-Zəhra (s) universitetinə 2019/2020-ci dərs ilində tələbə qəbuluna başlanacaq. Universitetin bir filialı da Nəcəf şəhərində fəaliyyət göstərəcək” 
 
 

Google+ WhatsApp ok.ru