Kəşmir müsəlmanları etiraz aksiyası keçirib

Kəşmir müsəlmanları etiraz aksiyası keçirib

Kəşmir müsəlmanları ötən gün İŞİD terror qruplaşması ünsürlərinin  Srinagar came məscidinə hörmətsizliyinə etiraz olaraq  mitinq keçirib. 
 
Maide.Az  “Hindustan Times”a istinadən xəbər verir ki,  etiraz aksiyasına  Hürriyyət partiyasının rəhbəri və Srinagar came məscidinin ruhanisi Mirvaiz  Ömər Faruq təşkilatçılıq edib. 
Etirazçılar  İŞİD və terrorçular əleyhinə şüarlar səsləndirib, məscidə qarşı hörmətsiliyi kəskin pisləyiblər.  
 
Etirazçılar yürüş edərək məscidin içərisində təmizlik işləri aparıb, minbəri yuyub təmizləyiblər. 
 
Qeyd edək ki, cümə günü üzlərini maska ilə bağlamış  bir qrup naməlum şəxs, İŞİD terror qruplaşmana aid bayraq daşıyaraq Srinagar came məscidinə ayaqqabı ilə girərək məscidə hörmətsizlik edib, ayaqqabı ilə minbərə çıxıblar,  İŞİD-i dəstəkləyən şüarlar səsləndiriblər. 
 

Google+ WhatsApp ok.ru