Kərbəlada “Bizim övladlarımız və texnologiya” mövzusunda beynəlxalq yazı müsabiqəsi keçiriləcək

Kərbəlada “Bizim övladlarımız və texnologiya” mövzusunda beynəlxalq yazı müsabiqəsi keçiriləcək

İmam Hüseynin (ə) hərəmi nəzdində fəaliyyət göstərən “Müsəlman Ailə” müəssisəi  “Bizim övladlarımız və texnologiya” mövzüsündə beynəlxalq yazı müsabiqəsi təşkil edir. 
 
Maide.Az  “imamhussain.org” saytına istinadən xəbər verir ki, yalnız qadınlar üçün təşkil olunan müsabiqədə “texnologiya və övladlarımızın ona üz tutma səbəbləri”,  “texnologiyanın  ictimai, ruhi və cismi zərərləri”,  “Övladlarımızı  texnologiyanın zərərlərindən necə qoruyaq”, mövzular haqqında araşdırmalar qiymətləndiriləcək. 
 
Müsabiqədə iştirak etmək istəyən şəxslər  25 səhifədən az və 35 səhifədən çox olmamaq şərti ilə  öz araşdırmalarını yarış komitəsinə göndərməlidir. 
 
Araşdırmalar “word” faylında ərəb dilində yazılmalıdır.  Yarışda iştirak edən məqalələr öncədən başqa yerlərdə çap olunmamalıdır. İnternet resurslarından istifadə olunmamalıdır. 
 
Yarışda birinci yeri qazanmış şəxslərə 300 min dinar, 2-ci yer 250 min dinar, 3-cü yerin qaliblərinə isə 200 min dinar pul mükafatı veriləcək. 
 
Maraqlananlar suallarını  bu email ünvanına göndərə bilər. 
 
 

Google+ WhatsApp ok.ru