Kərbəlada ‘Fatimənin (s) hüzn mövsümü’ adlı festival keçirilir - FOTO

Kərbəlada ‘Fatimənin (s) hüzn mövsümü’ adlı festival keçirilir - FOTO

 
 
Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) şəhadəti münasibətilə  İraqın Kərbəla şəhərində "Fatimənin (s) hüzn mövsümü" festivalı keçirilir.
 
Maide.Az İQNA agnetliyinə isitnadən xəbər verir ki,  "Fatimənin (s) hüzn mövsümü" XI festival  İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəmlərinin "Hüseyni mukəblər və şəair (şüar, simvol)" bölməsinin təşəbbsüsü ilə təşkil olunub. 
 
Festival ötən gün "Beynül-Hərəmeyn"də öz işinə başlayıb. Mərasim 10 gün davam edəcək.
 
Festival çərçivəsində  müxtəlif dini proqramlar, Həzrət Zəhranın (ə) məzlumiyyətini göstərən film, rəsm və audiolar icra edilir, səhnələr nümayiş olunur, heyətlər şer və rövzə oxuyurlar, eləcə də kitab sərgisi təşkil olunur. 
 
 
Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) müsibətli şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2019-ci il yanvar ayının 20-i -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2019-ci il fevral ayının 9-u -Peyğəmbərin (s) vəfatından 95 gün sonra).
 
Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün müddətində əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayır. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru