'Kəşmir İngiltərənin regionda açdığı yaradır'- Ayətullah Xamenei

'Kəşmir İngiltərənin regionda açdığı yaradır'- Ayətullah Xamenei

 
"Hindistan hökuməti ölkədəki müsəlmanlara qarşı insaflı davransın, insaflı siyasət yürütsün və Kəşmir müsəlmanlarına qarşı güc tətbiqindən əl çəksin."
 
Maide.az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei Hökumət rəsmiləri ilə görüşdə Kəşmirdə baş verən hadisələrə münasibət bildirib.
 
Ayətullah Xamenei bildirib ki, İran və Hindistan arasında münasibətlər normaldır. "Hindistan və Pakistan arasında Kəşmir məsələsiylə bağlı mövcud olan problem vaxtilə İngiltərənin xəbis addımlarının nəticəsidir. İngiltərə Kəşmirdə gərginliyin davamı üçün bölgədə bu yaranı qəsdən açıq saxladı və bölgəni tərk etdi."
 
Ayətullah Xamenei həmçinin məsul şəxsləri ölkə daxilində istehsal həcmini artırmağa və diqqəti istehsala yönəltməyə səsləyib və bildirib ki, mövcud problemlərin əsas açarı istehsal sahələrini gücləndiməkdədir.
 
Ayətullah Xamenei ölkənin neft gəlirlərindən asılılığını tənqid edərək, kənd təsərrufatı və elmi inkişafı artırmağa, iqtisadi sahələri şaxələndirməyi ölkə rəhbərliyinə tövsiyyə edib.
 
O, həmçinin ölkə daxilində yoxsulluğun aradan qaldırılması və iqtisadi gəlirlərin ədalətli paylanmasının zəruriliyini vurğulayıb.

Google+ WhatsApp ok.ru