Kərbəla şəhidi – Hənzələ ibn Əsəd Şəbami

Kərbəla şəhidi – Hənzələ ibn Əsəd Şəbami

Hənzələ ibn Əsəd şiənin tanınmış simalarından idi, nitqi və şücaəti ilə digərlərindən fərqlənməklə yanaşı, həm də Quran hafizi və qarisi idi. Fəsahətli danışığına görə İmam Hüseyn (ə) onu nümayəndəsi kimi Ömər ibn Sədin yanına göndərdi. Aşura günü İmamdan (ə) cihad izni alan Hənzələ düşmən qoşununu belə moizə etdi:

یا قَوْمِ إِنِّی أَخَافُ عَلَیکم مِّثْلَ یوْمِ الْأَحْزَابِ. مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَالَّذِینَ مِن بَعْدِهِمْ وَمَا اللَّـهُ یرِیدُ ظُلْمًا لِّلْعِبَادِ. وَیا قَوْمِ إِنِّی أَخَافُ عَلَیکمْ یوْمَ التَّنَادِ. یوْمَ تُوَلُّونَ مُدْبِرِینَ مَا لَکم مِّنَ اللَّـهِ مِنْ عَاصِمٍ وَمَن یضْلِلِ اللَّـهُ فَمَا لَهُ مِنْ هَادٍ. یا قَوْمِ لا تقتلوا حسینا فَیُسْحِتَکم بِعَذَابٍ وَقَدْ خَابَ مَنِ افْتَرَیٰ

"Ey mənim qövmüm! Mən sizə görə əvvəlki qövmlərin başına gələn (əzab) gün(ü) kimi bir günün baş verəcəyindən, həmçinin Nuh, Ad, Səmud qövmü və onlardan sonra gələnlərin (şirk, küfr və tüğyanla bağlı) taleyinə bənzər taleyinizin olacağından qorxuram. Allah bəndələrinə zülm etməz. Ey qövm! Mən camaatın bir-birini (səsləyərək yardım istədiyi, lakin səslərinin bir yerə çatmadığı) (işə yaramadığı) bir gündən – üz çevirib qaçdığınız, lakin ilahi (əzab) müqabilində heç bir sığınacağınızın olmayacağı Qiyamətdən – qorxuram. Allahın (əməllərinə görə) azdırdığı bir şəxs üçün heç bir yol göstərən olmaz. ("Ğafir" surəsi, ayə 28-32.) Ey camaat! Hüseyn ibn Əlini (ə) öldürməyin, yoxsa, Allahın əzabı kökünüzü kəsəcək. Əlbəttə, kim Allaha (yalan satsa), məyus olacaq." ("Taha" surəsinin 61-ci ayəsindən iqtibas edilmişdir.)

İmam (ə) ona buyurdu:

رحمك اللَّه، إِنَّهُمْ قَدِ استوجبوا العذاب حين ردوا عَلَيْك مَا دعوتهم إِلَيْهِ من الحق، ونهضوا إليك ليستبيحوك وأَصْحَابك، فكيف بهم الآن وَقَدْ قتلوا إخوانك الصالحين

"Allah sənə rəhm etsin! Onları haqqa dəvət etdiyin zaman qəbul etmədilər və səninlə tərəfdarlarının canını almaq niyyətindədirlər. Onlar Allahın əzabına layiq oldular, (daha gecdir). Ona görə ki, onlar (dostlarını qanlarına boyadılar) və əməlisaleh qardaşlarını öldürdülər."

Hənzələ İmama (ə) cavabında dedi: "Düz buyurursunuz, sizə fəda olum, haqqı məndən daha yaxşı bilir və onun dərkində məndən öndəsiniz!" ("Məqtəlul-Huseyn", Xarəzmi, c.2, səh.24; "Biharul-ənvar", c.45, səh.23; "Məqtəlul-Huseyn", Müqərrəm, səh.251; "Movsuətul-İmamil-Huseyn (ə)", səh.45.)

Bundan sonra Hənzələ İmamdan (ə) soruşdu: "Mən axirətə tərəf tələsib qardaşlarıma qoşulummu?"

İmam (ə) buyurdu:

رُحْ إِلَى خَيْرمِنَ الدُّنْيَا وَ مَا فِيهَا وَ إِلَى  مُلْكٍ لاٰ يَبْلىٰ

"Dünyadan və içindəkilərdən daha yaxşı bir aləmə, köhnəlməyən səltənətə doğru tələs!"

Hənzələ sağollaşmaq niyyəti ilə dedi:

السلام عليك أبا عبدالله ، صلى ألله عليك وعلى أهل بيتك، وعرف بيننا وبينك في جنته

“Sənə salam olsun, ey Əba-Əbdillah! Sənə və Əhli-beytinə Allahın salavatı olsun!...”

Sonra düşmənə tərəf yönəldi və qanlı çarpışmadan sonra şəhadət feyzinə nail oldu. ("Biharul-ənvar", c. 45, səh. 23; "Kamil", İbn Əsir, c.4, səh.72; "Əyanuş-şiə", c.1, səh.605; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.746-748.)

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru