Kərbəla şəhidi – İmam Əlinin (ə) oğlu Cəfər

Kərbəla şəhidi – İmam Əlinin (ə) oğlu Cəfər

Cəfər, İmam Əlinin (ə) Ümmül-Bənin adlı həyat yoldaşından olan ən kiçik övladıdır və qardaşı Osmandan iki il sonra dünyaya göz açmışdı. Aşura günü, təqribən, iyirmi bir yaşı var idi. (“Tənqihul-məqal”, c.1, səh.219; “Əyanuş-şiə”, c.4, səh.129.)

Onun iki qardaşı – Osman və Abdullah şəhadətə çatdıqdan sonra, Abbas kiçik qardaşını da yanına çağırdı və buyurdu:

 

 

تَقَدَّمْ إِلَى الْحَرْبِ حَتّى‌ أَراكَ قَتيلًا كَأَخَوَيْكَ، فَأَحْتَسِبُكَ كَما أَحْتَسِبْتُهُما

 

“Sən də döyüşə tələs ki, sənin də iki qardaşın kimi şəhid olduğunu görüm və iki qardaşımın hesabını Allahın öhdəsinə qoyduğum kimi, onu da Allahın öhdəsinə qoyum.” (“Əbsarul-eyn”, səh.35.)

 

Cəfər belə rəcəz oxuyaraq meydana girdi:

 

إِنّي أَنَا جَعْفَرُ ذُوا الْمَعالِي‌

ابْنُ عَلِيِّ الْخَيْرِ ذُو النَّوالِ‌

ذَاكَ الْوَصِيُّ ذُوالسَّنا وَالْوالِي‌

حَسْبِي بِعَمّي جَعْفَر وَالْخالِ‌

 

“Uca məqam sahibi, yaxşılıq edən və səxavətli Əlinin (ə) oğlu Cəfər mənəm! O, Peyğəmbərin (s) vəsisi və uca məqam sahibidir. Mənə əmim Cəfər və dayımla iftixar etmək kifayətdir. Bundan daha üstünü fəzilət və kərəm sahibi olan Hüseyni (ə) himayə etməyimdir.” (“Mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.107.)

O, döyüşdü və yaralandı. Sonda qardaşının qatili olan Xuli ibn Yezid hücum edərək onu şəhadətə yetirdi. (“Əbsarul-eyn”, səh.354 “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.791-792.)

 

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru