Kəşmirdə gərginlik yüksəlir

Kəşmirdə gərginlik yüksəlir

Hindistan və Pakistan təhlükəsizlik qüvvələri arasında Kəşmirdə baş verən qarşıdurmada 3 mülki şəxs dünyasını dəyişib.
 
Maide.Az xəbər verir ki, "Associated Press" xəbər agentliyinin verdiyi məlumata görə, qarşıdurma Kəşmirin Hindistanın nəzarətindəki hissəsindəki Kupvara bölgəsində baş verib.
 
Mülki şəxslərin ölümünə səbəb qarşıdurma zamanı evlərə düşən silah mərmiləridir.
 
Ölən insanlardan birinin uşaq, digərinin isə qadın olduğu bildirilir.
 
Münaqişədə çoxlu sayda yaralanan da var.
 
Bölgədəki son gərginliyə gəlincə, Pakistan ordusu Pakistan təhlükəsizlik qüvvələrinin "Hindistan təhlükəsizlik qüvvələri tərəfindən atəşkəs pozuntularına" cavab verdiyini bildirir. Hindistan isə Pakistanın atəşkəsi pozduğunu və onlara cavab verildiyini bildirilir.

"Associated Press" xəbər agentliyinin verdiyi məlumata görə, 

Google+ WhatsApp ok.ru