Kərkükdə onlarla İŞİD terrorçusu öldürüldü

Kərkükdə onlarla İŞİD terrorçusu öldürüldü

İraq Təhlükəsizlik İnformasiya Mərkəzi dünən gecə Kərkükdə İŞİD terror təşkilatının 23 üzvünün öldürüldüyünü açıqlayıb.
 
Maide.Az xarici KİV-lərə istinadla xəbər verir ki, Terrorçular İraq təhlükəsizlik qüvvələrinin Kərkük vilayətinin "Vadi əş-Şam" bölgəsində keçirdiyi əməliyyatda öldürülüb. Terrorçuların gizləndiyi yer mühasirəyə alınıb və İraq hava qüvvələrinin dəstəyi ilə əməliyyat keçirilib.
 
İraqın "Həşdi-Şaabi" qüvvələri də ötən çərşənbə günü Kərkükdə dörd İŞİD terrorçusunu öldürüb.
 
İŞİD terror təşkilatının İraqdakı məğlubiyyətindən sonra, bu təşkilat vaxtaşırı olaraq mövcudluğunu nümayiş etdirmək və yeni üzvlər cəlb etmək üçün İraqın müxtəlif bölgələrində terror aktları təşkil edirlər.

Google+ WhatsApp ok.ru