Kərbəlaya gedən yollarda İmam Hüseynin (ə) əza alayları dezinfeksiya edilir

Kərbəlaya gedən yollarda İmam Hüseynin (ə) əza alayları dezinfeksiya edilir

İraqlı mənbələr Kərbəlaya gedən yollarda İmam Hüseynin (ə) matəm alaylarının (çadırları) dezinfeksiya olunduğunu bildirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, İraq Mülki Müdafiə İdarəsi Kərbəlaya gedən bütün yollarda İmam Hüseynin (ə) matəm alaylarını dezinfeksiya etmək üçün genişmiqyaslı işlərə başladığını elan edib.
 
Sözügedən qurum daxili işlər nazirinin əmrinə əsasən, bütün əyalətlərdə Kərbəlaya gedən bütün yollarda Ərbəin yürüşlərinin dezinfeksiya edilməsi üçün geniş miqyaslı işlərin başlandığını qeyd edib.
 
İraq rəsmiləri bu il koronavirusun yayılması səbəbindən İraq xaricindən zəvvarlar qəbul edə bilməyəcəklərini və Ərbəin mərasiminin yalnız iraqlı zəvvarların iştirakı ilə ediləcəyini söyləyib.
 

Google+ WhatsApp ok.ru