Kərbəlada Quran barədə yazılmış əsərlərin yeni ensiklopediyası çap olunub

Kərbəlada Quran barədə yazılmış əsərlərin yeni ensiklopediyası çap olunub

Kərbəlada Həzrət Əbulfəzl Abbas (ə) hərəmiin "İslami və humanitar elmlər" şöbəsi Quran barədə yazılmış əsərlərin yeni katoloqunu təqdim edib.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, "Quran barədə yazılmış əsərlərin ensiklopediyası " (Mö`cəmul müəlləfatil-Quraniyyə) adlanan bu kitab 3 cilddə çap və nəşr edilib.
 
Kitabın müəllifi İslami əlyazmalar üzrə mütəxəssis alim Seyyid Əhməd Hüseyni Əşkəvəridir.
 
Kitabda İslamın ilk əsirlərindən indiyədək Quran barədə yazılan kitablar və aparılmış araşdırmalar barədə məlumat verilib.
 
Bu da müasir araşdırmaçılara Quran mövzusunda araşdırmaların tarixi ardıcıllığını, hansı mövzuların işlənildiyini və hansının qaldığını və ya kamilləşdirilməyə ehtiyaclı olduğunu bilməyə kömək edir.
 
Kitabda Quran ətrafında yazılmış kitablar mövzular əsasında siyahıya alınmış və surələrin təfsiri, ayələrin təfsiri, nüzul tərtibi, Quran və vəhy, Əhli-Beyt Quranda, Quranın fəzilətləri, tilavət ədəbi, Quran duaları, Quran tarixi Quranda əxlaq, Quran elmləri, Quran fiqhi və sair ünvanlar verilmiş və hər ünvanın altında uyğun mövzuda yazılmış kitablar tanıtdırılmışdır.  
 
 

Google+ WhatsApp ok.ru