Kərbəla şəhidləri -  Əsləm Türki

Kərbəla şəhidləri - Əsləm Türki

Əsləm İmam Hüseynin (ə) qulamı idi. Nəsil-nəcabəti türk olduğundan, ona Əsləm Türki deyirdilər.
 
Əsləmin atası vəfat etdikdən sonra İmam Hüseyn (ə) onu alıb, oğlu İmam Zeynəlabidinə (ə) bağışlayır.
 
O, həm də imam Hüseynin (ə) katibi idi. Ərəb dilini yaxşı bilir vəə Quran qarisi idi.
 
Əsləm Mədinədən Məkkəyə, Məkkədən də Kərbəlaya qədər İmam Hüseyndən (ə) ayırlmadı.
 
Əsləm mahir oxatan idi. Aşura günü şücaətlə döyüşdükdən sonra çoxlu yara alıb tdan yıxıldı.
 
İmam Hüseyn (ə) onun başı üzərinə gəlib üzünü üzünə qoydu. Əsləm gözünü açıb, İmamın (ə) öz üzünü onun üzünə qoyduğunu gördükdə, təbəssüm edib dedi:
 
مَنْ مِثْلی وَ ابْنُ رَسُولِ اللهِ واضِعٌ خَدَّهُ عَلى خَدِّی
 
“Kimdir mənim kimi? Halbuki, Peyğəmbərin (s) övladı üzünü mənim üzümə qoymuşdur!”
 
O, İmam Hüseynin (ə) ağuşunda ikən şəhadətə qovuşdu.
 
 
 

Google+ WhatsApp ok.ru