Kərbəlanın son şəhidi – Süveyd ibn Əmr ibn Əbül-Müta 19 Avqust 2021 13:31 Məhərrəmlik O, abid bir şəxs idi və təqribən, 70 yaşı var idi. Aşura günü İmam Hüseyndən (ə) icazə aldıqdan sonra döyüş meydanına yollandı və şücaətlə döyüşdükdən sonra qana bulaşmış halda yerə yıxıldı və huşunu itirdi. Düşmən qoşunu onun öldüyünü güman edərək ondan əl çəkdi, amma o, İmam Hüseynin (ə) şəhadətindən sonra özünə gəldi və o Həzrətin şəhadətə yetdiyini eşitdikdə, yerindən qalxdı. Düşmən onun qılıncını qarət etdiyi üçün, çəkməsinin içində gizlətdiyi bıçağı götürdü və düşmənə hücum çəkdi. İbn Sədin qoşunu onu mühasirəyə alıb şəhadətə yetirdi. O, İmam Hüseynin (ə) şəhadətindən sonra şəhid olan sonuncu Kərbəla şəhidi idi. Maide.Az Teqlər : #Kərbəlanın,#son,#şəhidi,#–,#Süveyd,#ibn,#Əmr,#ibn,#ƏbülMüta, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Görüş şövqü İmam Hüseynə (ə) ağlamağın mükafatı