Kərbəla şəhidləri - Hənzələ ibn Əsəd Şəbami

Kərbəla şəhidləri - Hənzələ ibn Əsəd Şəbami

O, şiənin tanınmış simalarından idi, nitqi və şücaəti ilə digərlərindən fərqlənməklə yanaşı, həm də Quran hafizi və qarisi idi. Fəsahətli danışığına görə İmam Hüseyn (ə) onu nümayəndəsi kimi Ömər ibn Sədin yanına göndərdi. Aşura günü İmamdan (ə) cihad izni alan Hənzələ düşmən qoşununu moizə etdikdən sonar belə dedi: "Ey camaat! Hüseyn ibn Əlini (ə) öldürmək istəyirsiniz? Allahın əzabı sizin kökünüzü kəsəcək."
 
Bundan sonra Hənzələ geri dönüb İmam Hüseyndən (ə) soruşdu: "Mən axirətə tərəf tələsib qardaşlarıma qoşulummu?" İmam (ə) buyurdu: "Dünyadan və içindəkilərdən daha yaxşı olan bir aləmə, köhnəlməyən səltənətə doğru tələs!"
 
Hənzələ sağollaşmaq niyyəti ilə dedi: “Sənə salam olsun, ey Əba-Əbdillah! Sənə və Əhli-beytinə Allahın salavatı olsun!...”
 
Sonra düşmənə tərəf yollandı və qanlı çarpışmadan sonra şəhadət feyzinə nail oldu. 
 
Maide.Az - Maarif bölümü 
 

Google+ WhatsApp ok.ru