Kabil: Novruz şənliyi faciəyə çevrildi -FOTO

Kabil: Novruz şənliyi faciəyə çevrildi -FOTO

-- 26 nəfər həlak olub

Kabildə Novruz bayramını qeyd edən insanlara hücum nəticəsində azı 26 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nusra Rahimi bildirib.
 
Partlayış martın 21-də Kabil Universitetinin yaxınlığında, Novruz bayramı şənliyi zamanı baş verib.
 
İlkin məlumata əsasən, partlayıcı qurğu terrorçu-kamikadze tərəfindən işə salınıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.
 
Terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.
 

Google+ WhatsApp ok.ru