Kabildə otelə hücum edənlərdən 4 nəfəri öldürülüb

Maide.az-ın məlumatına görə, bu gün səhər Əfqanıstanın paytaxtı Kabilin Vəzir-Əkbər-Xan adlı diplomatik məhəlləsində partlayış səsləri eşidilib. 
 
Yerli sakinlər məhəllədə 10-dan çox partlayışın baş verdiyini və atışma səslərinin gəldiyini bildirirlər.
 
Polisdən verilən açıqlamada bildirilir ki, partlayış Vəzir Əkbər Xan rayonundakı otelə hücum zamanı baş verib və hücum edən silahlılardan 4-ü öldürülüb.
 
Xatırladaq ki, “Kalaşnikov” avtomatları və qumbaraatanlarla silahlanmış talibanlar Əfqanıstan paytaxtının hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi Vəzir Əkbər Xan rayonunda yerləşən mehmanxanaya daxil ola bilmişdilər. Lakin təhlükəsizlik qüvvələri onları binadan çıxarmağa nail olub. Atışma 7 saatdan çox davam edib. Dinc əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ölən yoxdur.

 

Google+ WhatsApp ok.ru