Kabildə baş vermiş partlayış qurbanlarının sayı artıb

Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayışın qurbanlarının sayı artıb.
Maide.az xəbər verir ki,  şənbə günü axşam Kabilin Şinuzadə xəstəxanası yaxınlığında baş vermiş partlayış nəticəsində azı 12 nəfər ölüb, 66 nəfər də yaralanıb.
Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Xəstəxanadan məlumatlı mənbə bildirib ki, bu partlayışda bir neçə qadın və uşaq da həlak olub.
Həlak olanların çoxu, müalicə və ya öz xəstələrinə baş çəkmək üçün Kabilin Şinuzadə xəstəxanasına gəlmiş insanlardır.
Deyilənlərə görə, həlak olanlar arasında dörd xarici hərbçi də olub.  Hələ ki, heç bir şəxs və ya qrup partlayışın məsuliyyətini üzərinə götürməyib. 
Kabil ötən bir ayda dörd güclü partlayışın şahidi olub. Bundan öncə baş vermiş üç  partlayışda azı 50 nəfər həlak olulb, 450-dən çox insan da yaralanıb./

Google+ WhatsApp ok.ru