Kabildə diplomatların olduğu restorana hücum olunub - YENİLƏNİB

Maide.az Presstv-yə istinadən xəbər verir ki, Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Sədiq Seddiqi deyib ki, Qəle Fəthullah məhəlləsində baş vermiş partlayışda 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
 
***
Naməlum şəxslər Əfqanıstanın paytaxtı Kabildə Qəle Fəthullah  məhəlləsində, xarici diplomatların və dövlət rəsmilərin daha çox istirahət etdiyi restorana hücum ediblər. 
Maide.az xəbər verir ki, hücum zamanı restoranda partlayış da baş verib. 
Təhlükəsizlik qüvvələri restoran ətrafına giriş-çıxışı bağlayıblar. Şahidlərin bildirdiyinə görə, atışma səsləri eşidilir, hadisə yerinə çox sayda təcili yardım maşınları cəlb olunub. 
Hələlik ölən və yaralananlar haqqında məlumat yoxdur. /
 

Google+ WhatsApp ok.ru