Kabildə Əfqanıstan parlamentinin binasına raket düşüb

Kabildə Əfqanıstan parlamentinin yeni binasına raket düşüb.
Bu barədə "Khaama Press" məlumat yayıb.
Şahidin sözlərinə görə, binaya 3 raket zərbəsi endirilib, onlardan biri parlamentin həyətinə düşüb.
İnsident təhlükəsizlik xidməti əməkdaşlarının parlamentariləri təlimatlandırmaq üçün binaya daxil olmağa hazırlaşdığı zaman baş verib.
Raketin hansı tərəfdən atıldığı məlum deyil. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.(report)

Google+ WhatsApp ok.ru