Kabildə Tutap elektrik layihəsi ilə bağlı hökumət əleyhinə milyonluq etiraz aksiyası - FOTO

Əfqanıstan vətəndaşları  paytaxt Kabilin xiyabanlarında milyonluq etiraz aksiaysı keçirib.
 
Maide.Az xəbər verir ki, etirazçılar  Kabil hökumətinin  Türkmənistandan Əfqanıstana elektrik  enerjisi ötürücüsü xətti “Tutap” layihəsi ilə bağlı  tutduğu mövqeyə etiraz ediblər. 
 
Bu gün Kabil demək olar ki tətil olub və etirazçıların sayı getdikcə artıb.  Əfqanıstan parlament nümayəndələrindən bəziləri  və bəzi rəsmilərdə etirazçılarla birlikdədir.   Etirazlara görə, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni Tutap layihəsini müvəqqəti dayandırılmasına göstəriş verib. 
 
Xəzər liderləri tələb edirlər ki, bir neçə milyardlıq, 500 kilovoltluq Türkmənistan-Kabil ötürücü xətt mərkəzi Bamiyan vilayətindən keçsin. Bu vilayətin əhalisi əsasən xəzərlərdən ibarətdir.
 
Xətt, ilkin olaraq, Bamiyadan keçəcəkdi, ancaq hökumət sonradan onun yolunu dəyişdirdi, Kabilin şimalına, Salanqa yönəltdi, bununla marşrutun qısaldığını, milyonlarla dollara qənaət edildiyini bildirdi.
 
Bu xətt 10 vilayətə elektrik enerjisi verəcək, TUTAP layihəsinin bir hissəsidir. TUTAP – Türkmənistan, Özbəkistan, Tacikistan, Əfqanıstan və Pakistanı birləşdirir.
 

 

Google+ WhatsApp ok.ru