Kabildə şiələrin məscidində partlayış: 27 nəfər şəhid olub

Kabildə şiələrin məscidində partlayış: 27 nəfər şəhid olub

Əfqanıstan polisi elan edib ki, terrorçu intiharçı  Kabildə İmam Hüseynin (ə) Ərbəin günü münasibəti ilə keçirilən əzadarlıq mərasiminə hücum edib, özünü partladıb. 
 
Maide.Az  xəbər verir ki,  polis bu gün elan edib ki, insanlar  Kabilin Baqirul-Ulum adlı məscidində  əzadarlıq etdiyi zaman terrorçu özünü insanların içərisində partladıb. 
 
İlkin məlumata görə,  partlayışda  27 nəfər şəhid olub, 35 nəfər yaralanıb. 
 
Hələlik partlayışı  kimin törətdiyi bilinmir. Lakin Əfqanıstan mətbuatının məlumatına görə, Taliban terror qruplaşmasının sözçüsü  Zəbihullah Mücahid  elan edib ki,  Talibanın Kabildə baş verən  partlayışda heç bir rolu olmayıb
 

Google+ WhatsApp ok.ru