Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 42 nəfər yaralanıb - YENİLƏNİB

Kabildə baş verən partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 42 nəfər yaralanıb - YENİLƏNİB

 (ilk xəbər bu gün səhər 09:01-də dərc olunub)
 
Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış şiə ruhanisi və baş nazirin ikinci müavini  Məhəmməd Mühəqqiqin evinin yaxınlığında baş verib. 
 
Maide.Az Əfqanıstan KİV-lərinə istinadən xəbər verir ki,  Əfqanıstan Daxili İşlər Nazirliyi elan edib ki, bu gün səhər baş verən partlayışda  24 nəfər həlak olub, 42 nəfər yaralanıb. 
 
Əfqanıstan DİN sözçüsü  Nəcib Daneş bildirib ki, həlak olan şəxslərin hamısı dinc sakinlərdir.  
 
Kabil şəhər polisininin sözçüsü Bəsir Mücahid bildirib ki,  partlayış avtomobilə quraşdırılmış  bombanın partlaması nəticəsində olub.  Belə ki, bomba quraşdırılmış avtomobil özünü  Əfqanıstanın Mədən Nazirliyinin əməkdaşlarını daşıyan  mikroavtobusa çırpıb. 
 
Partlayış nəticəsində ətrafdakı mağazalar və avtomobillərədə ziyan dəyib. 
 
Taliban  terror qruplaşması  bu hücumun  məsuliyyətini üzrəində götürüb. 
 

Google+ WhatsApp ok.ru