Kabildə İraq səfirliyinin binasında və yaxınlığında 4 partlayış baş verib

Kabildə İraq səfirliyinin binasında və yaxınlığında 4 partlayış baş verib

Əfqanıstan paytaxtı Kabildə İraq səfirliyinin binasında və  səfirliyin yaxınlğında  4 partlayış baş verib.
 
Maide.Az xəbər verir ki, partlayışlar terroçu-kamikadzelər özünü partlatması nəticəsində baş verib. 
 
Partlayış yerində atışma səsləri eşidilir, xəsarət alanların sayı məlum deyil.
 
Kabil polisinin nümayəndəsi Basir Mücahid şəhərdə partlayış olduğunu təsdiq edib, amma hadisənin tyəfərrüatları barədə məlumat verməyib.
 
 
Əfqanıstanın paytaxtı Kabildə İraq səfirliyinin yaxınlığında ikinci partlayış baş verib. 
 
Telekanalın "Twitter" hesabından yaydığı məlumatda Şar-e-Nau bölgəsində baş vermiş partlayış nəticəsində xəsarət alanlar haqqında xəbər verilmir.
İnsidentin baş verdiyi bölgədə silahlı toqquşma davam edir. Telekanal 4 naməlum şəxsin İraq səfirliyinə hücum etdiyini xəbər verib. Hazırda dinc sakinlərin ərazidən təxliyəsi həyata keçirilir.
 
İŞİD terror qruplaşması hücumlara görə məsuliyyəti üzərinə götürüb.
 
"Press TV" telekanalının məlumatına görə, ilk partlayış nəticəsində bir jurnalist yaralanıb. Terrorçu-kamikadze özünü düz səfirliyinin girişində partladıb. (report) /

Google+ WhatsApp ok.ru