Kabildə terrorçular `İmam Zaman` məscidində insanları girov götürüb

Kabildə terrorçular `İmam Zaman` məscidində insanları girov götürüb

Kabil polisi  şəhərin simalında  Xeyr-Xana bölgəsində  İmam Zaman (əc) məscidinə terror hücumunun olmasını təsdiqləyib. 
 
Maide.Az xəbər verir ki,  polisin məlumatına görə,  ilk öncə  cümə namazı qılınarkən məsciddə partlayış baş verib və daha sonra  silah səsləri eşdiliib. 
 
Polis  terrorçuların məscidin içərisinə soxularaq  namaz qılan şəxslər atəş açdığını bildirib.  
 
14 nəfərin şəhid olduğu və xeyli sayda insanın yaralandığı bildirilir.   Qurbanlar arasında məscidin imamı da var.
Şahidlərin bildirdiyinə görə,  terrorçular məsciddə insanları girov götürüb.  
 
Qeyri-rəsmi mənbələrdə isə qurbanların sayının dəfələrlə ço olduğu bildirilir.
 
Bəzi məlumatlara görə, terrorçular hələ də məsciddədir. Hüquqmühafizəçilər qurbanların sayını artırmamaq üçün hələ ki, əməliyyat etmirlər.
 
 

Google+ WhatsApp ok.ru