Kabildə silahlı şəxslər özəl televiziya stansiyasına hücum edib 07 Noyabr 2017 02:00 Dünya -- Bir neçə nəfərin öldüyü və yaralandığını bildirir Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər "Şəmşad" televiziya stansiyasına hücum ediblər. Maide.Az xəbər verir ki, bu gün səhər saatlarında Kabildə əvvəlcə partlayış baş verdiyi, sonra atışma olduğu barədə məlumat daxil olub. Telestansiya əməkdaşlarından biri həmkarlarından bir neçə nəfərin öldüyü və yaralandığını bildirib. Onun sözlərinə görə, binaya 3 nəfər soxulub. Təhlükəsizlik qüvvələri isə partlayışın terrorçu-intiharçı tərəfindən törədildiyini, bundan sonra binaya polis forması geyinmiş iki döyüşçünün girdiyini bildirir. Hazırda "Şəmşad" telekanalı yayımı dayandırıb. (trend) Teqlər : #Kabildə silahlı şəxslər özəl televiziya stansiyasına hücum edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanında yeni antikorrupsiya əməliyyatı gözlənilir Ali Xəlifə rejim qüvvələri Bəhreyndə İmam Hüseyn (ə) əzadarlarına hücum edib -VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO