Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

-- Partlayışı İŞİD terror təşkilatı üzərinə götürüb

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb.
 
Bundan əvvəl 6 nəfərin öldüyü bildirilirdi.
 
Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan daha 5 nəfər xəstəxanaya yerləşdirilib.
 
Xatırladaq ki, dekabrın 25-i səhər saatlarında terrorçu-kamikadze Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin qarşısında özünü partladıb.
 
Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. (apa)
 

 

Google+ WhatsApp ok.ru