Kabildə partlayışda ölənlərin sayı 95-ə çatıb

Kabildə partlayışda ölənlərin sayı 95-ə çatıb

-- daha 158 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Maide.Az "Trend"-ə istinadən xəbər verir ki,  partlayış diplomatik nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi ərazidə törədilib.

Hadisə nəticəsində 95 nəfər həyatını itirib, daha 158 nəfər xəsarət alıb. Daha öncə 63 nəfərin öldüyü, 151 nəfərin yaralandığı bildirilirdi.

Partlayışın gücündən bir neçə binada pəncərə şüşələri sınıb.
 
Partlayışa görə, məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb.
 

 

Google+ WhatsApp ok.ru