Kabildə hərbi akademiyaya hücum olub -YENILƏNİB

Kabildə hərbi akademiyaya hücum olub -YENILƏNİB

-- 2 hərbçi ölüb, 10-nu yaralanıb

İŞİD terror qruplaşması Kabildə Hərbi Akademiyaya edilən hücuma görə məsuliyyəti üzərinə götürüb.
 
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
 
***
Bazar ertəsi səhər bir qrup naməlum şəxs Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən marşal Fahim adına Hərbi Akademiyaya hücum edib. Nəticədə 2 hərbçi ölüb, daha 10 nəfər yaralanıb.
 
Maide.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə hərbçilərə istinadən "Pajhwok" agentliyi məlumat yayıb.
 
Bildirilir ki, hücumu 5 nəfərdən ibarət qrup təşkil edib. Onlardan 3 nəfəri məhv edilib, biri saxlanılıb, biri müqaviməti davam etdirir.

Google+ WhatsApp ok.ru