Kabildə ruhanilərin toplantısında partlayış törədilib

Kabildə ruhanilərin toplantısında partlayış törədilib

-- azı dörd nəfər həlak olub

Əfqanıstan paytaxtı Kabildə ölkənin ali dini qurumunun toplantısında partlayış törədilib, azı dörd nəfər həlak olub.
 
Yerli polis rəisinin deməsinə görə, intiharçı Əfqan Üləma Şurasının yığışdığı binanın girəcəyində partlayıcıları işə salıb.
 
Bundan az öncə 2 min ruhaninin qatıldığı toplantıda dini fətva verilərək intiharçı hücumları “haram” sayılıb.
 
Şura həm hökumət qüvvələrinə, həm də taliban və digər yaraqlılara müraciət edərək onları atəşkəsə razılaşmağa çağırıb.
 
Son aylar Kabildə yaraqlı hücumlarında onlarla adam həlak olub.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru