Kabildə Əziz Rəsulallahın (s) mövlud mərasimində intihar hücumu: 43 ölü, 83 yaralı var

Kabildə Əziz Rəsulallahın (s) mövlud mərasimində intihar hücumu: 43 ölü, 83 yaralı var

Əfqanıstanın paytaxtı Kabildə Əziz Rəsulallahın (s) mövludu mərasiminə təşkil olunan intihar hücumunda yüzdən artıq insanın həlak olduğu və yaralandığı bildirilib.
 
Səhiyyə Nazirliyinin sözçüsü Vahid Məcruh Kabil Hava Limanı yolundakı Oranus toy salonunda keçirilən mövlud mərasimində həyata keçirilən intihar hücumunda ən azı 43 nəfər öldüyünü, 83 nəfərin də yaralandığını söyləyib.
 
Hadisə şahidlərinin dediyinə görə, mövlud mərasimində hücum 1000-dən artıq insanın iştirak etdiyi vaxt baş verib.
 
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş hücumda 50-dən çox adamın öldürüldüyünü və yaralandığını deyib. Daniş partlayışın intihar hücumu nəticəsində baş verdiyini qeyd edib.
 
Hadisənin şahidlərinə görə, yaralıların çoxu İmgerjian və Şeyx Zayed xəstəxanalarına yerləşdirilib. /deyerler.org /
 

Google+ WhatsApp ok.ru