Kabildə terror hücumu; Ölən və yaralanan var

Kabildə terror hücumu; Ölən və yaralanan var

Əfqanıstanın paytaxtı Kabildə bir nəqliyyat vasitəsinə yerləşdirilən bombanın partlaması nəticəsində 1 nəfər həyatını itirib.

Bu barədə Kabil Polis İdarəsinin mətbuat katibi Basir Mücahid mətbuata açıqlama verib.

O, Kabilin Kotai Sangi bölgəsində bir avtomobilə yerləşdirilən bombanın partladılması nəticəsində 1 nəfərin həyatını itirdiyini söyləyib. Mücahid hücumda 1 nəfərin də yaralandığını bildirib. Hücumun məsuliyyətini hələ üzərinə götürən olmayıb. /eastnews.org/

Google+ WhatsApp ok.ru