Kabildə universitet yaxınlığında partlayış olub, ölənlər var 19 İyul 2019 10:22 Xəbərlər Əfqanıstan paytaxtı Kabildə bu gün baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 26 nəfər yaralanıb. Maide.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat verib. Partlayış Kabil Universitetinin yaxınlığında imtahan verməyə hazırlaşan tələbələrin binanın girişində yığışdığı zaman baş verib. 1TV telekanalının məlumatına görə, avtomobilə bərkidilmiş partlayıcı qurğu işə salınıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Teqlər : #Kabildə,#universitet,#yaxınlığında,#partlayış,#olub,#ölənlər,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Narkotikə görə tutulanların çoxu işsizdir Konqresmen İlhan Omar: ‘Tramp bir faşistdir’