Kabildə dəhşətli partlayış: 18 ölü, 100 yaralı - YENİLƏNİB

Kabildə dəhşətli partlayış: 18 ölü, 100 yaralı - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabil şəhərində terakt törədilib.
 
“Tolo Nyus” nəşri partlayış nəticəsində 6 nəfərin həlak olduğunu, 5 nəfərin yaralandığını yazıb.
 
Bir sıra mənbələrdə isə ölənlərin sayının 18, yaralıların sayının isə 100 nəfər olduğu bildirib. /axar.az
 
 
 
 
**
Əfqanıstanın paytaxtı Kabil şəhərinin hava limanı yaxınlığında partlayış və atışma baş verib.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  partlayış Kabilin  Kutəh Səngi bölgəsində baş verib. 
 
Partlayış və atışma nəticəsində ölənlər və 30-dan çox insanın yaralandığı bildirilir.  İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.
 
Xatırladaq ki, ötən gün Kabil şəhərinin küçələrindən birində Əfqanıstan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə üzrə İdarəsinə məxsus avtomobilin keçdiyi zaman velosipedə bərkidilmiş partlayıcı qurğu işə salınıb.
 
Partlayış nəticəsində azı 5 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
 

Google+ WhatsApp ok.ru