Kabildə sutka ərzində ikinci partlayış baş verdi

Kabildə sutka ərzində ikinci partlayış baş verdi

Əfqanıstanın paytaxtı Kabil şəhərində sutka ərzində ikinci partlayış baş verib.  

 
Bu barədə Kabil polisi məlumat verib.  
 
Kabil şəhərinin polis rəsmisi Ferdos Faramurç partlayışın paytaxtın 9-cu rayonunda baş verdiyini təsdiqləyib.  
 
Partlayış nəticəsində iki nəfərin yaralandığı qeyd edilir.  
 
Xatırladaq ki, ötən gün Kabil şəhərinin bazar ərazisində törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
 

Google+ WhatsApp ok.ru