Günün hədisi: Dinin qırılmaz kəndiri

Günün hədisi: Dinin qırılmaz kəndiri

Maide.Az günün hədisini təqdim edir:
 
Süveyd Saidən nəql olunur ki, İmam Kazim (ə) mənə məktubunda belə yazmışdı:
 
إنَّ أوَّلَ ما أنعى إلَيكَ نَفسي في لَيالِيَّ هذِهِ، غَيرَ جازِعٍ ولا نادِمٍ، ولا شاكٍّ فيما هُوَ كائِنٌ مِمّا قَضَى اللّهُ وحَتَمَ، فَاستَمسِك بِعُروةِ الدّينِ آلِ مُحَمَّدٍ صَلَواتُ اللّهِ عَلَيهِ وعَلَيهِم، وَالعُروَةُ الوُثقى الوَصِيُّ بَعدَ الوَصِيِّ، وَالمُسالَمَةُ وَالرِّضا بِما قالوا.
 
“Hər şeydən öncə bildirirəm ki, mən yaxın gecələrin birində dünyadan gedəcəyəm. Bununla belə nə hövsələsizlik edirəm, nə peşmanam, nə də Allahın hökmü və mütləq baş verəcə hadisəyə şəkkim var. Belə isə dinin kəndirindən – Muhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) xanədanından, qırılmaz ipdən, biri digərinin ardınca gələn vəsilərdən yapışın. Onların dediklərinə sözsüz razı olun.”
 
“Qurbul-isnad”, səh.333, hədis 1235.
 

Google+ WhatsApp ok.ru