Kabildə silahlı şəxslər özəl televiziya stansiyasına hücum edib

Kabildə silahlı şəxslər özəl televiziya stansiyasına hücum edib

-- Bir neçə nəfərin öldüyü və yaralandığını bildirir

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər   "Şəmşad" televiziya stansiyasına hücum ediblər.
 
Maide.Az xəbər verir ki,   bu gün səhər saatlarında Kabildə əvvəlcə partlayış baş verdiyi, sonra atışma olduğu barədə məlumat daxil olub.
 
Telestansiya əməkdaşlarından biri həmkarlarından bir neçə nəfərin öldüyü və yaralandığını bildirib. Onun sözlərinə görə, binaya 3 nəfər soxulub.
 
Təhlükəsizlik qüvvələri isə partlayışın terrorçu-intiharçı tərəfindən törədildiyini, bundan sonra binaya polis forması geyinmiş iki döyüşçünün girdiyini bildirir.
 
Hazırda "Şəmşad" telekanalı yayımı dayandırıb. (trend) 
 

Google+ WhatsApp ok.ru