Kabildə  şiələrin məscidi yaxınlığında partlayış  baş verib

Kabildə şiələrin məscidi yaxınlığında partlayış baş verib

-- 10 nəfər şəhid olub, 22 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı  Kabilin qərbində şiələrin  məskunlaşdığı bölgədə məscid yaxınlığında  partlayış baş verib,  10 nəfə  şəhid olub,  22 nəfər yaralanıb.  
 
Maide.Az  “tolonews”-a istinadən xəbər verir ki,  bu  gün baş vermiş partlayışı  intiharçı məscidin girişindəki yoxlama bölgəsində partladıb. 
 
İntiharçı özünü içərisində böyük insan izdihamı olan məscidin içərində partlatmağa çalışarkən partlayış baş verib. 
 
Partlayış  baş verən  məscdiddə  Əfqanıstanın Hezarə şiə tayfasının başçısı  Əbdüləli Məzari  iştirak edirmiş. 
 
Yaralılar xəstəxanaya çatdırılıb.  Bəzilərinin durumunun ağır olduğu bildirilir. 
 

Google+ WhatsApp ok.ru