Kabilin mərkəzində avtobus partladılıb

Kabilin mərkəzində avtobus partladılıb

Əfqanıstanın paytaxtı Kabilin mərkəzində avtobusun partlaması nəticəsində azı 10 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən "TOLOnews" məlumat yayıb.
 
Qeyd olunur ki, avtobusda Həcc Nazirliyinin əməkdaşları olub.
 
Terrorçu qruplaşmalardan heç biri indiyədək hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. /FaktXəbər /
 

Google+ WhatsApp ok.ru