Kabil Universitetinə edilən terrorun məsuliyyətini İŞİD öz üzərinə götürdü

Kabil Universitetinə edilən terrorun məsuliyyətini İŞİD öz üzərinə götürdü

Təkfirçi vəhhabi İŞİD terror qruplaşması noyabrın 2-si Kabil Universitetinə edilən ölümcül hücumun məsuliyyətini öz üzərinə götürüb.
 
İŞİD terror qruplaşmasının Xorasan qolu, hücumu edən iki üzvünün bülleteni və şəklini paylaşaraq, Kabil Universitetinə hücumun məsuliyyətini öz üzərinə götürüb.
 
 Əfqanıstan hökuməti noyabrın 2-si Kabul Universitetinə edilən qanlı hücuma görə milli matəm elan edib.
 
 Əfqanıstan Səhiyyə Nazirliyi hücumda 22 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını açıqladı.
 
 Rəsmilər hücumda ölənlərin hamısının mülki şəxslər olduğunu, əksəriyyətinin Kabil Universitetinin tələbələri olduğunu qeyd ediblər. / deyerler.org/ 
 

Google+ WhatsApp ok.ru