Kahı yemək üçün 7 SƏBƏB 25 Aprel 2017 01:00 Sağlamlıq Kahının faydaları saymaqla bitməz. Maide.İnfo saglamolun.az-a istinadən xəbər verir ki, zəngin vitamin-mineral mənbəyi olan kahı bizə çox yaxşı kömək edə bilər. 1. Kahı qan sistemi üçün çox faydalıdır, anemiya zamanı yaxşı kömək edir. Onun tərkibində çox az məhsullarda rast gəlinən fol turşusu var. Fol turşusu qanyaratma prosesləri üçün çox vacibdir. 2. Hamilə qadınlar üçün fol turşusu ən vacib vitamin sayılır. Sübut olunub ki, fol turşusu dölün sinir sistemində qusurların inkişafının qarşısını alır. 3. Təbii liflərlə zəngin olan kahı bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir, həzm proseləri yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir. Kahı arıqlamağa da kömək edir ki, bu səbəbdən diyetoloqlar bu yarpaq tərəvəzi pəhrizlərdə tez-tez istifadə edir. 4. Kahı qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir və bu səbəbdən şəkərli diabet xəstəliyi olan insanlar üçün çox faydalıdır. 5. Kahı insanın sinir sisteminə də müsbət təsir edir, yuxunu tənzimləyir. 6. Öskürək və bronxit zamanı kahı şirəsi çox yaxşı bəlğəmgətirici təsir edir. 7. E, A, C kimi antioksidant-vitaminlərlə zəngin olan kahı orqanizmdə gedən qocalma prosesləri ləngidir. / Teqlər : #Kahı yemək üçün 7 SƏBƏB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mixəkli suyu içərək daha sürətlə arıqlamaq mümkündür Təzə kartof nə ilə faydalıdır?
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir