Kaliforniyada `Hepatit A` epidemiyasına görə fövqəladə vəziyyət elan olunub

Kaliforniyada `Hepatit A` epidemiyasına görə fövqəladə vəziyyət elan olunub

ABŞ-ın Kaliforniya ştatında ötən bazar günü başlayan meşə yanğınlarının ardınca indi də ölümlə nəticələnən Hepatit A epidemiyasına görə fövqəladə vəziyyət elan edilib. 
 
Maide.Az  beynəlxalq KİV-lərə istiandən xəbər verir ki, Kaliforniya qubernatoru Jerry Brown 3 şəhərdə Hepatit A epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edib. 
 
J. Brown verdiyi yazılı açıqlamada bildirib ki,  Los Angeles, San Diego və Santa Cruz şəhərlərində ölümcül  Hepatit A epidemiyasına görə "fövqəladə  vəziyyət" elan olunur. 
 
Bu qərara əsasən, Kaliforniya Dövlət Höküməti Səhiyyə İdarəsi dərhal vaksinlərin yaranması və yayılmasının baş verdiyi bölgələr üçün paylanmasını təmin etməlidir.
 
"Daha çox vaksin istəkləri olmasına baxmayaraq, təchizat çatışmazlığı var"
 
San Diego şəhərində küçələr su ilə yuyuldu
 
Keçən ay San Diego şəhərində Hepatit A epidemiyasından 16 nəfər ölüb. BUndan sonra epidemiya ilə  mübarizə məqsədilə şəhərin müəyyən bir hissəsi, xüsusilə də evsiz insanların olduğu küçələr su ilə yuyularaq təmizlənib. Şəhərdə bu məqsədlə 19 min adama vaksinasiya vurulub. 
 

Google+ WhatsApp ok.ru