Kaliforniyada meşə yanğınlarında 10 nəfər ölüb

Kaliforniyada meşə yanğınlarında 10 nəfər ölüb

Yanğınlara görə 20 min nəfər evindən didərgin düşüb

ABŞ-ın Kaliforniya ştatının şimalında sürətlə yayılan meşə yanğınlarında 10 nəfər həlak olub.
 
Maide.Az “AA”xəbər verir ki, güclü küləklərin daha da alovlandırdığı yanğınlara görə 20 min nəfər evindən didərgin düşüb, 500  ev, şirkət binası dağılıb.
 
Qubernator Jerry Brown Şimali Kaliforniyanın Butte, Lake, Mendocino, Napa, Nevada, Orange, Sonoma ve Yuba dairələrində fövqəladə vəziyyət elan edib.
 
Kaliforniya Meşələrin Qoruma təşkilatının sədri  Ken Pimlott bildirib ki,  Sonama, Napa və Mendocino bölgəsində  bir çox insan  yaralanıb və bir neçə nəfər itgin düşüb. 
 
Regiondan qalxan tüstü San-Fransisko və Oklendə tərəf yönəlib.
 
Yanğın ərazisində xeyli yolun bağlandığı bildirilir.

 

 

Google+ WhatsApp ok.ru