Kameron: `Nüvə müqaviləsinin alternativləri cəlbedici deyil`

İngiltərə baş naziri İran ilə nüvə müqaviləsinin alternativlərinin cəlbedici olmadığını bildirib.
Maide.az xəbər verir ki, "Reuters"in bildirdiyinə görə İngiltərə baş naziri David Kameron dünən parlament nümayəndələrinə xitabən etdiyi çıxışında, İran ilə nüvə danışıqlarının nə bahasına olursa olsun aparılmasının lazımlığını söyləyərək, "dürüst desək, alternativlər də İrana cəlbedici gəlmir" deyib.
 İngiltərə, Amerika, Fransa, Rusiya, Çin və Almaniyadan ibarət olan 5+1 qrupu mart ayının sonuna qədər nüvə proqramı haqqında razılığa gəlməyə çalışırlar.

Google+ WhatsApp ok.ru