Kamerunda torpaq sürüşməsi olub, 42 nəfər ölüb

Kamerunda torpaq sürüşməsi olub, 42 nəfər ölüb

Kamerunun qərbində leysan yağışlar və daşqınlar zamanı əmələ gələn torpaq sürüşməsi nəticəsində azı 42 nəfər ölüb.
 
Bu barədə yerli mətbuat məlumat yayıb.
 
Bildirilib ki, torpaq altından 26 uşaq olmaqla 42 meyit çıxarılıb.
 
Qərb bölgəsinin qubernatoru Ava Fonka Avqustin qeyd edib ki, daşqınlar nəticəsində Bamunqum kəndində torpaq sürüşməsi baş verib: “20-də artıq ev uçub” /Report
 

Google+ WhatsApp ok.ru