Kamikadze cümə namazında özünü partlatdı

Kamikadze cümə namazında özünü partlatdı

Əfqanıstanın Paktiya vilayətinin Gərdiz şəhərində şiələrin getdiyi məsciddə terakt törədilib.
 
Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, namaz zamanı kamikadze üzərinə bağladığı partlayıcı qurğunu işə salıb və partlayış törədib.
 
Terakt nəticəsində 8 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
 
Terrorçunun hansı qruplaşmanın üzvü olduğu hələlik bilinmir.

Google+ WhatsApp ok.ru