Kamran Əliyevin namizədliyinin Baş Prokuror vəzifəsinə sürüldüyü deyilir

Kamran Əliyevin namizədliyinin Baş Prokuror vəzifəsinə sürüldüyü deyilir

Azərbaycan Prezidenti İlham Əliyev Kamran Əliyevin Baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün Milli Məclisə təqdimat göndərib.

 
Təqdimata Milli Məclisin plenar iclasında baxılmalıdır.
 
Deputat Erkin Qədirli bildirib ki, təqdimata bugün, aprelin 29-da Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin iclasında baxılıb.
 
Müzakirələrdən sonra təqdimat Milli Məclisin plenar iclasına tövsiyə edilib.
 
Kamran Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviridir.
 
Hazırki Baş prokuror Zakir Qaralov bu vəzifəyə 20 il əvvəl, 2000-ci il aprelin 25-də təyin edilib. /azadliq.org

Google+ WhatsApp ok.ru